Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxdan olan Vətən Müharibəsi Şəhidlərinin Ailələrinə ərzaq bağlamaları təqdim edildi

29 dekabr 2023 | 12:23
Yevlaxdan olan Vətən Müharibəsi Şəhidlərinin Ailələrinə ərzaq bağlamaları təqdim edildi
Bu gün Müstəqil ölkəmiz Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda düşməndən azad etməklə tarix yazdı, ərazi bütövlüyümüz tam bərpa edildi. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.
Respublikamızın hər bir yerində olduğu kimi Yevlaxda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və yaralı hərbiçilərə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Yevlax rayonundan olan Vətən Müharibəsi Şəhid Ailələrinə ərzaq bağlamaları təqdim olunmuşdur.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər