Yevlaxdan olan qazilərin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub
24 sentyabr 2026 | 10:15
Yevlaxdan olan qazilərin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən bir qrup Vətən müharibəsi, Antiterror əməliyyatlarının və Aprel döyüşləri qazilərinin işğaldan azad edilmiş Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil olunub.
Səfər çərçivəsində qazilər işğaldan azad edilmiş ərazilərdə olub, burada aparılan abadlıq, quruculuq və infrastruktur layihələri ilə tanış olublar. Qazilər işğal dövründə dağıntılara məruz qalmış ərazilərlə tanış olaraq, hazırda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı bərpa prosesinin nəticələrini yerində müşahidə ediblər.
Səfərdə iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






