Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxdan olan qazilər Naftalana  yola salındı

26 avqust 2022 | 14:56

Yevlaxdan olan qazilər Naftalana  yola salındı

 

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. 

Yevlax Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Yevlaxdan olan 25 nəfər qazi ölkəmizin dilbər guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı “Gold Naftalan”istirahət mərkəzində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaq.

Bu münasibətlə Yevlax Şəhər İcra Hakimiyyətində istirahət və müalicəyə yola salınan qazilərlə görüş keçirilib. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini İlqar Hüseynov 44 günlük Vətən Müharibəsindən danışaraq qeyd edib ki, bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlət Başçısının sərəncamı ilə yaradılan "Yaşat" Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir. Şanlı tarix yazan bu qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli rol oynayacaqlar. Hər birimiz qürur yerimiz olan şəhidlərimizlə və qazilərimizlə fəxr edirik, onlar hamımız üçün vətənpərvərlik nümunəmizdir.

Keçidlər