Yevlaxda Zəfər gününə həsr olunmuş növbəti tədbir keçirilib
07 noyabr 2026 | 14:07
Yevlaxda Zəfər gününə həsr olunmuş növbəti tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Yevlax Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, səhiyyə işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsində Möhtəşəm Zəfər əldə edilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti, xalqımızın həmrəyliyi, şəhidlərin qəhrəmanlığı və qazilərin göstərdiyi fədakarlıq xüsusi vurğulanıb.






