Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Zəfər Gününə həsr edilən möhtəşəm konsert proqramı keçirilib

09 noyabr 2026 | 10:49
Yevlaxda Zəfər Gününə həsr edilən möhtəşəm konsert proqramı keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin altıncı ildönümünə həsr edilən möhtəşəm konsert proqramı təşkil olunub.
Bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, regional qurumların rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram konsertinin gedişində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərin tarixi əhəmiyyətindən danışılıb. Eyni zamanda Şəhid ailələri və qazilərin Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqları qeyd edilib.
Konsert proqramında tanınmış müğənnilər Taleh Yəhyayevin, Rövşən Qəhrəmanovun, Fəxri Kazım-Nicatın, Aynur İsgəndərlinin və Səttar Qəmbərovun və “Aran” ansamblının ifasında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar, eləcə də sevilən musiqi nümunələri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb və alqışlarla müşayiət olunub. Bayram konserti boyunca əsl bayram ovqatı yaşanıb, iştirakçılar Zəfər Gününün sevincini və qürurunu birlikdə bölüşüblər.
Bayram konserti atəşfəşanlıqla başa çatıb.
Keçidlər