Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

07 noyabr 2026 | 19:06
Yevlaxda “Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax Rayon Təhsil Sektorunun və Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Günün mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər icra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova,Yevlax rayonunun ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Çıxış edənlər bildirmişlər ki, bu möhtəşəm Qələbə xalqımızın birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Bizə Zəfər sevincini bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə və Vətənimizin keşiyində dayanan hərbçilərimizə minnətdarlığımızı bildiririk.
Gənc nəslin Vətənə məhəbbət, milli dəyərlərimizə sədaqət və qəhrəmanlarımızın irsinə ehtiram ruhunda yetişməsi ən ümdə vəzifələrimizdəndir.
2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdim etdikləri bayram proqramı tədbirə xüsusi rəng qatıb.
Keçidlər