Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Zəfər Günü münasibətilə bayram konserti təşkil olunub

09 noyabr 2023 | 11:00
Yevlax Şəhəri Heydər Əliyev Xiyabanında 8 Noyabr – Zəfər Gününə həsr edilən bayram konserti keçirilib. Konsertdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP rayon təşkilatının fəalları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri və kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.
Respublikanın tanınmış incəsənət xadimləri Nura Suri, Nigar Camal, Kazımcan, Zeynəb Həsəni, Qurd (Fərid Eminov), Elvin Əhməd və Hüseyn Abdullayevin ifaları ilə müşayiət olunan konsert rayon sakinlərinə yüksək əhval ruhiyyə bəxş edib.
Bayram konsertinin sonunda keçirilən möhtəşəm atəşfəşanlıq rayon sakinləri tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
Keçidlər