Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Zəfər günü ərəfəsində növbəti dəfə Vətən müharibəsi iştirakçılarına medalların təqdimatı mərasimi keçirilib

07 noyabr 2022 | 14:04
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, igidlik və rəşadət göstərmiş yevlaxlı Vətən müharibəsi iştirakçılarına və qazilərə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimat mərasimi keçirilib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, qazilər və Vətən müharibəsi veteranları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev “8 Noyabr-Zəfər Günü” münasibətilə Vətən müharibəsi iştirakçılarını səmimi-qəlbdən təbrik edib, bildirdi ki, Vətən müharibəsində Partiyamızın Sədri, Ali Baş Komandanımız cənab İlham Əliyevin ali rəhbərliyi ilə vahid komandanlıq altında yaradılmış, nizam-intizamlı və güclü Azərbaycan Ordusu böyük şücaət göstərərək cəmi 44 gün ərzində düşməni döyüş meydanında məhv edib, 30 illik Vətən həsrətinə son qoydu. Ölkə Prezidenti müharibə dövründə diplomatik müstəvidə Qələbəyə imza atmaqla yanaşı, xarici media nümayəndələrinin də feyk suallarını tutarlı faktlarla ifşa etdi. Prezident-Xalq-Ordu birliyi vəhdət təşkil edib, Ermənistanın kapituliyasiyasını rəsmiləşdirdi. Bu tarixi Qələbədə rolu olan Azərbaycan igidlərinin hər birinə göstərilən xüsusi diqqət və qayğı müdrik YAP siyasətinin prioritet istiqamətlərindən biridir. Qəhrəmanlar heç zaman unudulmur.Tarix, dövlət və xalq var olduqaca onların əziz xatirəsi də əbədi olaraq, var olacaqdır.
Sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov Vətən müharibəsində rəşadət göstərən və adlarını hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdıran qəhrəman Azərbaycan igidlərinin şərəfli döyüş və həyat yolundan geniş bəhs edib, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün və məsqədyönlü siyasəti, müdrik rəhbərliyi, qətiyyətli iradəsi ilə 44 gün ərzində Azərbaycan Ordusunun erməni silahlı birləşmələrini darmadağın etdiyini və Şanlı Zəfər çaldığımızı qürur hissi ilə vurğuladı. İlham Məmmədov bildirdi ki, biz möhtəşəm Qələbə ilə 200 illik münaqişəyə, təcavüzə və riyakar erməni siyasətinə son qoyduq. Bütün dünya şahid oldu ki, Azərbaycan öz gücü hesabına münaqişəni həll edib, qüdrətli və Cənubi Qafqazın ən güclü dövlət olduğunu sübuta yetirdi. Azərbaycanın nümayiş etdirdiyi həmrəylik və birlik bütün dünya üçün ən böyük vətənpərvərlik nümunəsidir.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi iradəsi və bənzərsiz rəhbərliyi ilə Azərbaycan Ordusunun iftixar hissi ilə qeyd olunan hünərindən, onların əsl qəhrəmanlıq dastanı yazmasından söhbət açıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və möhtəşəm Qələbənin tarixi əhəmiyyəti xüsusilə qeyd edilib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları xalqımızın qəlbində silinməz izlər buraxmışdır.
Sonra müharibə iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.Onlarla səmimi söhbət əsnasında keçdikləri şərəfli və tarixi döyüş yollarından geniş bəhs edilib. Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər