Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

08 sentyabr 2023 | 14:09
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, yüksək bal toplayaraq ali məktəbə qəbul olan məzunlar, məzunların ailə üzvləri və təhsil işçiləri iştirak etmişlər.
Görüş iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər. Sonra tədbir Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir. Tədbir Dövlət Himnimizin səslənməsi ilə başlayıb. Xalqımızın Ümummilli Lideri, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev məzunları əldə etdikləri nailiyyət münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Şəhər rəhbəri son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən tikilən və əsaslı təmir edilən təhsil ocaqlarının təhsilimizin inkişafına verdiyi töhfədən danışıb. Yevlax şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görüldüyünü,yeni təhsil müəssisələri tikilərək istifadəyə verildiyini,eyni zamanda mövcud təhsil müəssisələrində əsaslı təmir işləri aparıldığını vurğulayıb. Bütün bunların gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaratdığını qeyd edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova çıxışlarında rayon təhsilinin uğurlarından danışaraq, məzunları təbrik ediblər.
Yüksək bal toplamış məzun Nilgün Arifli və valideyn Səbuhi İsmayılov çıxışlarında təhsilin inkişafına yaradılan şəraitə görə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin gedişində şəhər rəhbəri 65 yaşı tamam olduğuna görə təqaüdə çıxmış Yevlax rayonun Varvara kənd tam orta məktəbinin direktoru Roza Şərəfxanovanı Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif etdi, ona xatirə hədiyyəsi təqdim edərək gələcək işlərində uğurlar arzulayıb.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan məzunlara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Keçidlər