Yevlaxda yeniyetmə və azyaşlı idmançılar arasında arasında sərbəst güləş və yunan-roma güləş növü üzrə rayon açıq birinciliyi keçirilmişdir
15 dekabr 2025 | 18:17
Yevlax Olimpiya İdman Komleksində idmanın sərbəst güləş, yunan-roma güləş növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Yarışın açılışına həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samir Sadıqov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov və idmançılar iştirak ediblər.
Yarışda əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samir Sadıqov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov yarış iştirakçılarını salamlayaraq hər birinə uğurlar arzu etmişlər.
Yarışların gedişində ümumilikdə 24 çəki dərəcəsində 550 idmançı öz gücünü sınamışdır.
Sərbəst güləş növü üzrə I yerin qalibi Zaqatala komandası, II yerin qalibi Şamaxı komandası, III yerin qalibi Yevlax komandası olmuşdur.
Yunan-roman güləş növü üzrə I yerin qalibi Yevlax komandası, II yerin qalibi Kürdəmir komandası III yerin qalibi Göyçay komandası olmuşdur






