Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Yeni İl münasibətilə Şəhid ailələrinin üzvlərinə şənlik keçirilmişdir

30 dekabr 2025 | 23:47
Yevlaxda Yeni İl münasibətilə Şəhid ailələrinin üzvlərinə şənlik keçirilmişdir
Yevlax şəhərindəki “Green Garden” restoranında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhid ailələrinin üzvləri və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirmişdir ki, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin təmin edilməsi, onların övladlarının hərtərəfli inkişafı, savadlı, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin şəhidlərimizin xatirəsinə və onların ailələrinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu sahədə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə şəhid ailələri, müharibə iştirakçıları və onların övladları üçün mühüm dövlət proqramları, humanitar, sosial və mənəvi yönümlü layihələr reallaşdırılır və davamlı xarakter daşıyır. Başçının müavini bütün tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, uşaqlara sağlam, xoşbəxt və firavan gələcək, təhsil həyatlarında uğurlar arzulayıb.
Tədbirin gedişində Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən bayram əhval-ruhiyyəli tamaşa,mahnı və rəqslər şəhid övladları tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində Şaxta baba və Qar qızın iştirakı ilə rəngarəng Yeni il proqramı, hədiyyələr təqdim olunmuşdur. Müxtəlif əyləncəli oyunlar və interaktiv proqramlar uşaqlarda xoş ovqat yaratmış, onlara Yeni il sevincini yaşatmışdır.
Keçidlər