Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Yel çərşənbəsi qeyd olunub

10 mart 2026 | 18:08
Yevlaxda Yel çərşənbəsi qeyd olunub
Həyatın, varlığın əsası sayılan 4 ünsürün - su, od, yel və torpağın adı ilə bağlanan çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, Ölkəmizdə həmişə xüsusi bayram olaraq qeyd olunub. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Yevlaxda “Novruz”un müjdəçisi olan üçüncü çərşənbə yel çərşənbəsi Şəhər İcra Hakimiyyətinin və Yevlax Şəhər Yaradıcılıq Evinin birgə təşkilatçılığı geniş qeyd edildi. Yevlax şəhər Heydər Əliyev Sarayının qarşısında təşkil olunan Çərşənbə şənliyində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çərşənbə şənliyində rayon musiqi məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında yel çərşənbəsinə aid musiqilər, folklor nümunələri nümayiş etdirildi. Novruz bayramının personajları olan Bahar Qız, Kosa və Keçəl maraqlı çıxışları ilə tədbirdə xoş ovqat yaratdılar. Dədə Qorqud yel çərşənbəsi münasibətilə tədbir iştirakçılarına təbriklərini, xoş arzularını çatdırdı.
Şənliyin gedişində Yevlax Uşaq Gənclər İdman məktəbinin idmançıları müxtəlif nömrələrlə öz bacarıqlarını nümayiş etdirdilər.
Keçidlər