Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yaşıllıqlara qulluq göstərilir

03 mart 2024 | 12:52
Yevlaxda yaşıllıqlara qulluq göstərilir
Yevlax Şəhər İcra Hakimiyyətinin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər planına uyğun olaraq parklarda, xiyabanlarda, eləcə də küçə və prospektlər boyu mövcud olan yaşıllıqlara lazımi qulluq göstərilməsi istiqamətində işlər həyata keçirilir. Belə ki, Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən yol nişanlarının, eləcədə işıqforların görünüş dairəsini məhdudlaşdıran ağaclar, həmçinin həmişəyaşıl dekorativ ağac və gül kolları budanaraq səliqəyə salınır, ərazilər yabanı otlardan təmizlənir.
Yaşıllıqlara göstərilən aqrotexniki qulluq tədbirləri şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq davam etdiriləcəkdir.
Keçidlər