Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yaşıllıqlara qulluq göstərilib

02 aprel 2026 | 14:36
Yevlaxda yaşıllıqlara qulluq göstərilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində ekoloji mühitin qorunması və yaşıllıqlara qulluq göstərilməsi istiqamətində növbəti tədbirlər həyata keçirilib.
Belə ki, Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən şəhərdəki yaşıllıq zonaları suvarılıb, qurumuş yarpaq və budaqlar toplanaraq müəyyən olunmuş əraziyə daşınıb, eyni zamanda, şəhərin estetik görnüşünün yaxşılaşdırılması, sakinlər üçün daha rahat mühitin formalaşdırılması məqsədilə park və xiyabanlardakı qazon örtüyünə qulluq göstərilərək otlar biçilib, ərazilərin səliqəli və baxımlı görünüşü təmin olunub.
Bu cür tədbirlərin həyata keçirilməsi şəhərin ekoloji tarazlığının qorunmasına mühüm töhfə verir.
Keçidlər