Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yaşıllaşdırma tədbirləri davam etdirilir

15 iyul 2022 | 20:43

Yevlaxda yaşıllaşdırma tədbirləri davam etdirilir
Şəhərin simasının daha da gözəlləşməsi, yaşıllıqların çoxaldılması, ekoloji durumun yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq, yaşıllaşdırma tədbirləri davam etdirilir. Abadlıq işləri aparılan prospekt və küçələrdə yaşıllıqlar salınır, həmçinin salınmış yaşıllıqlara qulluq edilir. Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə Yevlax Kommunal Təsərrüfatı Birliyi Yaşıllaşdırma Müəssisəsinin əməkdaşları şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər qurumların inzibati binalarının, prospekt, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə aqrotexniki qaydada gündəlik qulluq göstərir, qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq, yaşıllıq guşələrində həmişəyaşıl kollar, yeni mövsümi güllər əkilir, əkilmiş kollar budanır, qaydaya salınır.

Keçidlər