Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yaşıllaşdırma işləri davam edir

21 mart 2023 | 11:13
Yevlaxda yaşıllaşdırma işləri davam edir
Yevlaxda yazın gəlişi ilə bağlı genişmiqyaslı təmizlik və abadlıq işləri davam etdirilir. Şəhərin havasının təmizlənməsi, yay mövsümündə qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayan yaşıllıq sahələrinə xüsusi qulluq göstərilir.
İlk növbədə abadlaşdırılan ərazilərdə təmizlik işləri görülüb, yeni torpaq qatı tökülüb, torpağa mineral gübrələr verilir. Əvvəllər əkilmiş və yeni əkiləcək yaşıllıqların suvarılması üçün su maşınları cəlb olunur, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətləri çəkilib. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yeni rəngbərəng dekorativ güllər əkilir, mövcud yaşıllıqlar davamlı diqqət mərkəzində saxlanılır. Şəhərin əsas prospekt və küçələrində qurumuş ağaclar yeniləri ilə əvəz olunur, həmçinin, yabanı otlar təmizlənir, ərazi boyunca gül kolları əkilir.
Yeni ağacların əkilməsi, ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin mövsüm ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Keçidlər