Yevlaxda “Yaşıl dünya naminə həmrəylik İli”çərçivəsində ağacəkmə aksiyası keçirilib
07 mart 2024 | 17:02
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik İli”çərçivəsində ağacəkmə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq ağacəkmə aksiyası keçirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri və gənclər iştirakı ilə keçirilən aksiyanın keçirilməsinin məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Aksiya çərçivəsində Yevlax-Bərdə avtomobil yolunun kənarında ərazinin yerli iqlimə uyğun olaraq ümumilikdə 500-dən artıq Eldar şamı, kiparis, çinar ağacları əkilmişdir.
Aksiya zamanı əkilən ağacların diblərinin bərkidilməsi və suvarılması məsələləri həll edilmişdir.
Şəhər İcra Hakimiyyəti tərəfindən ilin “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və şəhərimizin daha da gözəlləşməsinə yönəlmiş işlər il ərzində davam etdiriləcəkdir.