Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib

25 may 2024 | 18:23
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib
Yevlaxda Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional idarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində ekoloji aksiya keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd Şəhər ərazisinin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir. Şəhərin Kamil Sabitov küçəsində baş tutan aksiyada ərazi tullantılardan təmizlənib, toplanan tullantıların aidiyyəti üzrə daşınması təmin edilib.
Keçidlər