Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir

18 oktyabr 2024 | 17:09
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam etdirilmişdir. Silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində, yol kənarında rayonun relyefinə uyğun müxtəlif növ həmişəyaşıl ağaclar əkilmişdir.
Yevlaxda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə yaşıllıqların artırılması, həmçinin yaşıllıqlara qulluqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər