Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir
08 aprel 2024 | 15:01
Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası Yevlax-Bərdə avtomobil yolunun ətrafında keçirilmişdir.
Aksiyada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizovan, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəinin müdiri Vidadi Murtuzayev,YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov,Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov,sektorun əməkdaşları iştirak etmişdir. Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilmişdir.