Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda yaş barama tədarükü davam etdirilir

20 iyun 2026 | 11:03
Yevlaxda yaş barama tədarükü davam etdirilir
Yevlax rayonunda 2026-cı il mövsümü üzrə yaş barama tədarükü davam etdirilir. Rayonun kümçüləri bu il də baramaçılığın inkişafına öz töhfələrini vermək üçün böyük həvəslə fəaliyyət göstəriblər. Yaz ayları ərzində ipəkqurdu bəslənilməsi, tut bağlarından yarpaq tədarükü və digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilib.
Hazırda yetişdirilən yaş baramalar qəbul məntəqələrinə təhvil verilir. Tədarük prosesinin mütəşəkkil şəkildə aparılması üçün müvafiq şərait yaradılıb, məhsulun keyfiyyətinə nəzarət edilir və qəbul prosesi operativ təşkil olunub.
Mütəxəssislərin sözlərinə görə, bu il əlverişli hava şəraiti və kümçülərin zəhməti məhsuldarlığın artmasına müsbət təsir göstərib. Rayon üzrə yüksək keyfiyyətli barama istehsalının əldə olunacağı gözlənilir.
Qeyd edək ki, baramaçılıq Yevlaxda kənd təsərrüfatının ənənəvi sahələrindən biri hesab olunur. Dövlət dəstəyi tədbirləri sayəsində son illərdə bu sahəyə maraq artıb, kümçülərin sayı çoxalıb və istehsal həcmləri yüksəlib. Barama tədarükünün başlanması həm kənd sakinlərinin məşğulluğunun artırılmasına, həm də onların gəlirlərinin yüksəlməsinə töhfə verir
Keçidlər