Yevlaxda yanğın təhlükəsizliyinə həsr edilmiş müşavirə keçirilib
Yevlaxda yanğın təhlükəsizliyinə həsr edilmiş müşavirə keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin sədrliyi ilə keçirilən müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov,Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Elnur Babayev, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Yevlax Regional Nümayəndəliyinin Dünyamin Cümşüdov, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər iştirak edirdi.
Şəhər İcra Hakimiyyətinin Başçı Anar Tağıyev müşavirəni açaraq yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, Şəhər İcra Hakimiyyətində məsələ ilə əlaqədar İşçi qrupu yaradılıb, işçi qrupunun üzvləri rayon ərazisində fermerlərlə görüşlər keçirərək yanğın təhlükəsizliyi, yanğın zamanı sahələrə ziyan dəyməsi, nəticədə məhsuldarlığın aşağı düşməsi haqqında məlumat verəcəklər. Şəhər Rəhbəri müşavirədə iştirak edən aidiyyatı qurumların rəhbərlərinə dənli bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də təhlükəsizliyin təmin olunması işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar, tövsiyyələr verdi.
Daha sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Baçısı aparatında Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Allahverdi Quliyev, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov,Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Elnur Babayev, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Yevlax Regional Nümayəndəliyinin Dünyamin Cümşüdov biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu istiqamətdə qarşıda duran işlərdən danışdılar. Vurğulandı ki, bilərəkdən yanğın hadisələrinin törədilməsinin qarşısını almaq üçün sakinlər arasında maarifləndirmə tədbirləri həyata keçirilməlidir.