Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub

23 avqust 2022 | 16:41

Yevlaxda Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub
Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü münasibətilə Yevlaxda keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavini İlqar Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbər işçiləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional şöbəsinin kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin Yevlax Şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Regional şöbənin əməkdaşları Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət edib Ulu Öndərimizin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotoarxiv sənədlərlə tanış olublar.
Daha sonra Şöbənin kollektivi Yevlax Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla anıblar.

Keçidlər