Yevlaxda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı günü qeyd olunmuşdur
23 avqust 2024 | 15:02
Yevlaxda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı günü qeyd olunmuşdur
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin rəisi polkovnik leytenant Teyyub Hüseynov, idarənin əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, dahi Şəxsiyyətin ruhuna öz ehtramlarını bildirmiş,Yevlax Şəhər Şəhidlər Xiyabanında vətənimizin azadlığı , ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman Şəhidlərimizin məzarlarını ziyarət edərək, xatirələrini böyük hörmətlə anmışlar.
Daha sonra tədbir Regional idarənin inzibati binasında davam etdirilmişdir.
Tədbiri giriş nitqi ilə açan regional İdarənin rəisi polkovnik leytenant Teyyub Hüseynov onlara hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi. Xidmətin yaranma tarixi haqqında qısa məlumat verdi. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirmişdir.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda peşə bayramları münasibətilə idarənin xidmətdə fərqlənən bir qrup əməkdaşı Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.