Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

23 fevral 2026 | 17:17
Yevlaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Kövər kənd tam orta ümumtəhsil məktəbin akt zalında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Fərid Nağızadə, məktəbin rəhbərliyi, kollektivi və şagirdləri iştirak etmişdir.
Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzmüş, öz ehtiramlarını bildirmişlər. Daha sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış rəsm nümayiş edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və Xocalı faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Faciə zamanı 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Xocalı soyqırımına ilk siyasi qiymət də məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən verilmişdir. Dahi Şəxsiyyət Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırılmağa başlamışdır. Belə ki, Milli Məclisin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, Ulu Öndər Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Sərəncam imzalanmışdır.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.
Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən sonadək bütün torpaqlarımızdan qovuldu,Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edildi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuz düşmən tapdağında olan torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Artıq Xocalı sakinləri öz yurd-yuvalarına qayıdırlar.
YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Fərid Nağızadə, Kövər kənd tam orta ümumtəhsil məktəbin direktoru Gülnar İsayeva və məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Almaz Aydınlı çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan insanlığa qarşı ağır cinayət olduğunu bildirdilər.
Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 dinc sakin, o cümlədən qadın və uşaqlar amansızcasına qətlə yetirilib, minlərlə insan doğma yurd-yuvasından didərgin salınıb. Bu faciənin azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulamışlar.
Bildirilib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib, sonrakı dövrdə isə dövlət tərəfindən faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl addımlar atılıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə mühüm rol oynayıb.
Çıxışçılar Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edildiyini vurğulamışlar.
Tədbirin sonunda Kövər kənd tam orta ümumtəhsil məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş əbəd-bədii kompozisiya nümayiş etdirilmişdir.
Keçidlər