Yevlaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tamaşa nümyiş etdirilib
26 fevral 2026 | 18:25
Yevlaxda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tamaşa nümyiş etdirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı sən də azadsan” adlı tamaşa nümayiş etdirilib.
Tamaşa nümayişində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov, Yevlax Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və Xocalı faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanmışdır.






