Yevlaxda Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
26 fevral 2024 | 11:57
Yevlaxda Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələlərin rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Yevlax Şəhər Şəhidlər Xiyabanında ölkəmizin azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri qoymuş, ruhlarına hörmət və ehtiramlarını bildirmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı ziyarət zamanı şəhid ailələri ilə görüşərək söhbət etmişdir.