Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 fevral 2023 | 10:27

Yevlaxda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə, faciədə həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün  keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayon  Ağsaqqallar Şurasının sədri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndəri,  rayon rəsmiləri, ziyalılar, gənclər iştirak ediblər.

Tədbir iştirakçıları Şəhidlər Xiyabanında Xocalı  Şəhidlərinin Xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq,orada şəhid olan həmvətənlərimizin xatirəsinə öz ehtiramlarlnl bildirmişlər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Bu qanlı faciəyə ilk dəfə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır.

Keçidlər