Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda xəstəliyə tutulmuş həmişəyaşıl ağaclarının müalicəsi həyata keçirilib

06 sentyabr 2023 | 10:35
Yevlaxda xəstəliyə tutulmuş həmişəyaşıl ağaclarının müalicəsi həyata keçirilib
Yevlaxda şəhərimizə xüsusi gözəllik verən müxtəlif növlərdə çoxsaylı həmişəyaşıl ağaclar əkilib. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki həmin ağaclarda naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.
Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi narahat edən bu məsələ ilə əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində həmişəyaşıl ağaclarının vəziyyətinin araşdrılması aparılır. İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz Yevlaxa dəvət olunaraq şəhərin müxtəlif ərazilərində mövcud həmişəyaşıl ağaclarının vəziyyəti araşdırılıb, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlər görülüb.
Mütəxəssisin rəhbərliyi ilə ağaclarda müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunub, ağaclara gübrə verilib, onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilib və quruyan budaqları budanıb.
Xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi ilə yoluxan ağacların budaqları və quruyan yarpaqları budanması işləri davam etdirilir.
Keçidlər