Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib

15 oktyabr 2025 | 10:56
Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin iyirmi ikinci illiyinə həsr olunmuş “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin Yevlax rayonundan seçilmiş deputatları Əli Hüseynli və İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, regional və yerli idarələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümmilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin müqəddəs xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə xalqımız müdrik seçim edərək Ümummili Lder Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevə etimad göstərdi. Həmin gün təkcə siyasi liderin seçildiyi tarix deyil, həm də müstəqil Azərbaycanın gələcək yüksəlişinin əsasının qoyulduğu tarix idi. Bu tarixdən başlayaraq Ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilməyə başladı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən Dövlət Proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı. Nəticədə Ölkəmiz mühüm beynəlxalq tədbirlərin ev sahibinə və iştirakçısına çevrilmişdir. Bu gün Azərbaycanın səsi qlobal miqyasda eşidilir.
Cənab Prezidentin əməyi nəticəsində Ordumuzun döyüş qabiliyyəti artırılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirilmişdir. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatmış, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində düşmənin darmadağın edilmişdir.
Artıq azad Qarabağda, Şuşada, Füzulidə, Zəngilanda, Laçında həyata keçirilən bərpa və quruculuq işləri cənab Prezidentin “Böyük Qayıdış” siyasətinin davamı olaraq yeni bir həyatın, yeni Azərbaycanın rəmzinə çevrilib.
Ölkəmizdə həyata keçirilən inkişaf proseslərində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə müxtəlif sahələr üzrə dövlət siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin müdiri Sani Məmmədov, Nəsimi adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Könül Hüseynova və Səməd Vurğun adına şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Rəhman Kərimli çıxışlarında qeyd etdilər ki, 22 illik bu yol sabitlik, inkişaf, qürur və xalq-lider birliyinin təcəssümüdür. Bu gün ölkəmiz güclü iqtisadiyyatı, müasir ordusu, beynəlxalq nüfuzu və sarsılmaz milli həmrəyliyi ilə regionun lider dövlətidir. Azərbaycan xalqı gələcəyə inamla baxır.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Tədbirin sonunda Rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup qabaqcıl şəxsə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Keçidlər