Yevlaxda xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunmuşdur
10 may 2025 | 15:57
Yevlaxda xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrin,rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,kollektivləri şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ziyalılar, rayon ictimaiyyəti Ulu Öndərimizin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzmüş, xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Dahi Şəxsiyyətin müqəddəs xatirəsini dərin ehtiramla yad etmişlər.