Yevlaxda Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
08 may 2026 | 16:56
Yevlaxda Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi Ramin Orucov və Mərkəzin şəxsi heyəti iştirak etmişlər.
Ağacəkmə aksiyası çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilərək, suvarılmış və mövcud yaşllıqlara qulluq göstərilmişdir.






