Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların səyyar qəbulları davam etdirilir

14 sentyabr 2023 | 17:09
Şəhər İcra Hakimiyyəti Başcısının bu dəfəki ənənəvi səyyar qəbulu Havarlı kəndində baş tutdu. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisələrinin rəhbərləri iştirak etmişdir.
ŞİH Başçısı Anar Tağıyev qəbulda iştirak edən kənd sakinlərinin ünvanlı dövlət sosial yardımın təyin edilməsi, işlə təminat, suvarma arxlarının təmizlənməsi və digər məsələlərlə bağlı müraciətlərini dinləmişdir. Müraciətlərlə bağlı qəbulda iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Şəhər rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördükləri çoxşaxəli işlərdən danışmışdır.
Qəbul zamanı həmçinin sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, imkanlarının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.
Qəbulda iştirak edən sakinlər çıxış edərək memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil dövlətimizin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyindən qürur duyduqlarını bildirdilər. Respublikada, o cümlədən rayonda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən razılıqlarını bildirərək, bütün bunlara görə Ölkə Rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər