Yevlaxda vətəndaşların qəbulu davam etdirilir
Yevlaxda vətəndaşların fərdi şəkildə qəbulu davam etdirilir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunu təmin etmək üçün Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları keçirilir, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə dinlənilir, həlli istiqamətində işlər görülməsi üçün müvafiq tapşırıqlar verilir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən qrafikə uyğun olaraq Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən növbəti qəbulda şəhid ailələri, qazilər, müharibə veteranları növbəsiz şəkildə qəbul edildi səsləndirdikləri müraciətlər həssaslıqla dinlənildi. Səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verildi.
Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbulda iştirak edən digər sakinlərin sosial-iqtisadi, tikinti və memarlıq,kənd təsərrüfatı, hüquq və digər mövzularda müraciətləri fərdi qaydada dinlənildi. Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin bəziləri yerindəcə öz həllini tapdı. Araşdırılması tələb olunan bəzi məsələlər isə həlli istiqamətində əməli işlərin görülməsi məqsədilə aidiyyəti qurumlara yönləndirildi.
Qəbulda iştirak edən sakinlər problemlərinə həssaslıqla yanaşıldığına görə Ölkəmizin Başçısı, Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyeva və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.