Yevlaxda vətəndaşların növbəti səyyar qəbulu keçirildi
21 dekabr 2023 | 21:56
Yevlaxda vətəndaşların növbəti səyyar qəbulu keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar görüşü rayonun İsmayılabad kəndinin sakinləri ilə keçirib.
Qəbulda İsmayılabad kəndinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda sakinləri fərdi qaydada dinləyən Şəhər İcra Hakimiyyətinin Başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qrafikə uyğun olaraq hər həftə rayonun digər kəndlərində və qəsəbələrində əhali ilə görüşlər davam etdirilir.