Yevlaxda vətəndaşların fərdi şəkildə qəbulu davam etdirilir
Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları fərdi şəkildə qəbul edib.
Şəhər Rəhbəri vətəndaşların işlə təmin olunma, ünvalı sosial yardımın təyin edilməsi və sair məsələlərlə bağlı müraciətlərini dinlədi, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanunamüvafiq formada həll olunub, bir sıra müraciətlər isə aidiyyatı qurumlara ünvanlanması üçün qeydiyyata alınıb, bəzi məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Ölkər Rəhbəri, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.