Yevlaxda vətəndaşlar fərdi şəkildə dinlənildi
24 may 2022 | 13:46
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları fərdi şəkildə qəbul edib.
Şəhər Rəhbəri əvvəlcə Şəhid ailələri və qaziləri qəbul edib, onların problemlərini, müraciətlərini dinləyib qaldırqıları məsələlərin həlli istiqamətində işlərin görülməsi ilə əlaqədar aidiyyatı şəxslərə göstəriş verib.
Qəbula gələn digər vətəndaşlar işlə təmin olunma, ünvalı sosial yardımın təyin edilməsi və sair məsələlərlə bağlı müraciət ediblər. Sakinlərin müraciətləri Şəhər rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, bir sıra müraciətlər aidiyyatı qurumlara ünvanlanması üçün qeydiyyata alınıb, bəzi məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə, ölkəmizdə eləcə də Yevlaxda əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.