Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda üzgüçülük idman növü üzrə rayon turniri keçirilib

30 iyul 2026 | 14:41
Yevlaxda üzgüçülük idman növü üzrə rayon turniri keçirilib
Yevlax Olimpiya İdman Kompleksində Yevlax rayonu üzrə Gənclər və İdman Sektorunun, Yevlax Olimpiya İdman Kompleksinin təşkilatçılığı və Yevlax Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyinə həsr olunmuş üzgüçülük idman növü üzrə rayon turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında üzgüçülük idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, iştirakçıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, eləcə də perspektivli idmançıların aşkar olunması olub.
Yarışın sonunda fərqlənən iştirakçılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.
Keçidlər