Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə tədbir keçirilmişdir

24 oktyabr 2025 | 18:20
Yevlaxda Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə tədbir keçirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax şəhər Yaradıcılıq evində baş tutan Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Günel Cəfərova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, rayonunun mədəniyyət müəssisələrinin, dövlət qurumlarının məsul şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirin proqramında Yevlax rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının təqdimatında səhnələşdirilmiş kompozisiya, musiqi məktəblərinin şagird və müəllim kollektivinin ifasında səsləndirilən rəngarəng musiqilər yer alıb.
Proqram izləyicilər tərəfindən alqışlarla qarşılanmışdır.
Keçidlər