Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda uşaqlar üçün tamaşa nümayiş olunub

22 mart 2026 | 14:21
Yevlaxda uşaqlar üçün tamaşa nümayiş olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsilə Şəhər Mədəniyyət Mərkəzinin filialı-Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən B.Səfəroğlu adına Xalq Teatrı tərəfindən Novruz bayramı günlərində uşaqların, o cümlədən şəhid, qazi övladlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili olunması məqsədilə “Saçları Səməni oğlan” adlı maraqlı, rəngarəng tamaşa nümayiş etdirilib.
Yevlax şəhər Yaradıcılıq evində baş tutan tamaşa nümayişində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Nərmin Fərzəliyeva, YAP Yevlax rayon təşkilatının məsul əməkdaşı Fərid Hacıbəyli, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Leyla Abdullayeva, uşaqlar, şəhid və qazi övladları iştirak ediblər.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin rejissoru Leyla Abdullayeva tərəfindən quruluş verilən olan “Saçları Səməni oğlan” səhnə əsərinin maraqlı süjet xətti və aktyorların canlı ifası azyaşlılara unudulmaz anlar yaşadıb. Bayram əhval-ruhiyyəsi ilə keçən tamaşa uşaqların sevincinə səbəb olub və onların üzündə təbəssüm yaradıb.Balacalar tamaşanı maraqla izləyib, obrazlarla birgə sevinib, onların macəralarına qoşulublar.
Mərasimdə belə mədəni tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib, Novruz bayramı münasibətilə təqdim olunan tamaşanın uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına və onların asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verdiyi bildirilib.
Keçidlər