Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlimlər təşkil olunub

07 may 2024 | 12:53

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayonda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) bəndinin icrası ilə bağlı müvafiq işlər görülüb, tədbirlər keçirilib.
Belə ki, ŞİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası tərəfindən rayonun ümumtəhsil məktəblərinin psixoloqlarının, uşaq birliklərinin rəhbərlərinin, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçilərinin iştirakı ilə təlim keçirilib.
Təlim zamanı iştirakçılara ölkəmizdə uşaq hüquqları sahəsində aparılan dövlət siyasəti, habelə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar, hər bir uşağın ehtiyaclarına uyğun inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları, davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə ətraflı məlumatlar verilib.Həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün edilməsi vacib olan məsələlər diqqətə çatdırılıb, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.
Təlim çərçivəsində uşaq hüquqlarının müdafiəsi üzrə müxtəlif mövzular ətrafında və Fəaliyyət Planının müəyyən etdiyi məsələlər istiqamətində müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər