Yevlaxda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
14 noyabr 2025 | 14:50
Yevlaxda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Yevlax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən maarifləndirici tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanlarla proflaktika işlərinin təşkili qrupunun baş inspektoru Fariz Mədətov,inspektoru Mübariz Cəmilzadə,təhsil işçiləri və məktəbin şagirdləri iştirak etmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirmişdir ki, uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Elnarə Əzizova “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğu iştirakçıların diqqətinə çatdırıb. Həmçinin uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqları komissiyasının məsul katibi Elnarə Məmmədova, Yevlax Rayon Polis Şöbəsində Yetkinlik yaşına çatmayanlarla proflaktika işlərinin təşkili qrupunun inspektoru polis leytenantı Mübariz Cəmilzadə və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Fərid Nağızadə çıxış edərək uşaq hüquqlarının müdafiəsinin dövlətin siyasətində mühüm yer tutduğunu xüsusi vurğulayaraq, bu sahədə görülmüş işlərdən danışıblar. Çıxışlarda təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.






