Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil olunub

12 dekabr 2025 | 15:32
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilmişdir. Ehsan süfrəsində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayon hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən regional qurumların, idarə, müəssisələrin rəhbərləri, kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, dindarlar, ictimaiyyətin, gənclərin nümayəndələri və və aztəminatlı şəxslər iştirak etmişdir. Ehsan süfrəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mərasimdəki çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Azərbaycanı böyük Zəfərə qovuşduran və işıqlı gələcəyə aparan siyasətindən bəhs edərək bildirdi ki, Xalqı iradəsi və tələbi ilə çətin günlərdə ölkəmizi xilas etmiş Ulu Öndərimiz Heydər Əliyev xalqımızın qəlbində silinməz iz buraxmışdır. İcra Hakimiyyətinin Başçısı eyni zamanda bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün Müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilib.Ulu Öndərin xilas etdiyi, möhkəm təməllərini yaratdığı dövlətimizi Möhtərəm Prezident cənab İlham Əliyev qalib dövlətə çevirdi. İndi işğaldan azad edilmiş torpaqlarımızda Şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Azərbaycan xalqı var olduqca Ümummilli Liderimiz Heydər Əliyev də Xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Daha sonra “Əməkdar müəllim” Zərxanım Əhmədova, Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkimi Niyaz Hüseynov çıxışlarında vurğulayıblar ki, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərininin olduğunu vurğulayıblar. Ulu Öndərin həyat fəaliyyətindən danışan natiqlər, dahi şəxsiyyət Heydər Əliyevin ömrünü öz xalqına həsr edərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.
Həmçinin çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.
Ehsan süfrəsində Yevlax “Cümə” məscidini imamı Hacı Eldəniz Əhmədov tərəfindən “Qurani-Kərim”dən ayələr oxunmuş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Keçidlər