Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

10 may 2024 | 16:56
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yevlax Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev şəxsiyyəti: Vətənə və xalqa xidmət nümunəsi” mövzusunda keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayılov, ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və ondan faydalanır. Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşiblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova bildirib ki, dahi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olmuşdur. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşına sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə həkk olunub. Qeyd edilib ki, hazırda müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir.
Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayılov Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən geniş bəhs edərək, diqqətə çatdırıb ki, Ulu Öndər hələ XX əsrin 70-80-ci illərində müdrik siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Ulu Öndər Heydər Əliyev müstəqilliyin bərpasından sonrakı dönəmdə də Azərbaycanda bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərmişdir.Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasət ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin davamıdır. Dövlət başçısı tərəfindən aparılan islahatlar çərçivəsində qanunvericilik işinin tənzimlənməsi və bu işin əlaqələndirilərək icra olunması Milli Məclisin Səhiyyə komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə fəaliyyətləri ilə yerinə yetirilir.
Keçidlər