Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinə start verilib

19 mart 2023 | 09:39
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinə start verilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş idarə,müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Vətən Müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov və komandaların üzvləri iştirak ediblər. Əvvəlcə Dahi Lider, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Dövlət Himninin sədaları altında turnir açıq elan edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov çıxış edərək iştirakçılara uğurlar arzuladı, bildirdi ki, Azərbaycan dövləti gənclərin fiziki sağlamlığına, intellektual inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə səmərəli gənclər siyasəti həyata keçirilir ki, bu çərçivədə Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu səmərəli gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, Azərbaycan gəncliyi hərtərəfli qayğı ilə əhatə olunub. Qeyd etdi ki, Azərbaycan idmanının ən böyük himayədarı Ulu Öndər Heydər Əliyevin xatirə turnirində rayonda fəaliyyət göstərən bütün dövlət qurumları təmsil olunur.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında ilk öncə turnir iştirakçılarını salamlayaraq, onlara maraqlı mübarizə və uğurlar arzulayıb, qeyd etdi ki, Dahi Şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu məkan və zaman anlayışına sığmır. Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamı müstəqil,qüdrətli Azərbaycanın timsalında öz təsdiqini tapır və əvəzolunmaz Liderin müdrik ideyalarının əbədiyaşar olduğunu sübuta yetirir.Ümummilli Liderimizin qurucu və xilaskar obrazını heç zaman unutmayan qədirbilən xalqımız daim böyük şəxsiyyətimizin əziz xatirəsini böyük ehtiramla anır, sevir və yaşadır.
Daha sonra çıxış edən Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Vətən Müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov öz çıxışlarında Azərbaycan tarixində özünəməxsus rolu olan dahi şəxsiyyətlərdən biri Heydər Əliyevin istər Sovetlər dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra Azərbaycanın inkişafı, qüdrətli bir dövlətə çevrilməsi, müstəqillik yolunda uğurla irəliləməsindən, memarı və qurucusu Heydər Əliyev olan Azərbaycanın möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün yeni-yeni zirvələri fəth etməsi,dünya ölkələri arasında öz layiqli yerini tutmasından, bu kimi turnirlərin idmanın inkişafında, təşkilatlar arasındakı dostluq əlaqələrinin gücləndirilməsində müstəsna rolunun böyüklüyündən bəhs açmışlar.
Mərasimin rəsmi hissəsi bitdikdən sonra musiqili nəğmələr səsləndirilmiş və iştirakçı komandalar meydana dəvət olunublar.
Keçidlər