Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev – Böyük tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib.

14 fevral 2023 | 19:05

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev – Böyük tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və 15 saylı Regional Xəzinədarlıq İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, rayonda fəaliyyət göstərən bir sıra idarə,müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolunun xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Ümummilli liderimiz Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Vətən müharibəsində möhtərəm Sədr, cənab Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşməni məhv edərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə doğru apardığını sübut edən mühüm tarixi hadisədir. Qədirbilən xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutur, ehtiramla yad edir. Allah böyük tarixi şəxsiyyətimizə rəhmət etsin.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirdi ki, fenomen tarixi şəxsiyyət olan dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycanın memarıdır. Azərbaycanda ötən əsrin sonlarına yaxın siyasi təlatümlərin hökm sürdüyü, xaos, apatiya, vətəndaş qarşıdurmasının baş verdiyi zamanda xalq məhz öz xilaskarına Ümummilli Lider Heydər Əliyevə üz tutaraq nicat yoluna çıxdı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də xalqımızın qəlbində var olacaq, daim hörmətlə anılacaqdır
Tədbirdə çıxış edən 15 saylı Region Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətindən geniş söhbət açıb, vurğuladı ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi Ulu Öndərin rəhbərliyi ilə məhz iqtisadi sahədə də həyata keçirilən böyük islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər.Çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Qeyd edilib ki, hazırda Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına davam etdirilir ki, bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.
Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə 15 saylı Regional Xəzinədarlıq İdarəsinin bir qrup əməkdaşına YAP Yevlax rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

Keçidlər