Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilib

27 may 2023 | 12:16
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilib
Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir!” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Respublikanın əməkdar artisti Gülər Nəbiyeva, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, təhsil və mədəniyyət işçiləri, gənclər, məktəbin pedoqoji kollektivi və şagirdləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, 2023-cü il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bütün ölkə ərazisində eləcə də Yevlaxda da Ulu Öndərimizin 100 illik yubileyi münasibətlə elmi-kütləvi konfranslar, seminar təşkil edilir, maarifləndirici tədbirlər keçirilir. Ona görə ki, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti və mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir, nümunədir. Azərbaycanı yox olmaq təhlükəsindən xilas edib, böyük inkişaf yoluna çıxaran dahi Heydər Əliyevin müdrik siyasi kursu bu gün möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Qeyd edilib ki, Azərbaycan beynəlxalq nüfuz sahibinə çevrilmiş qüdrətli dövlət kimi möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi altında işıqlı gələcəyə doğru uğurla və inamla addımlayır.
Tədbirdə çıxış edənlər Rayon Ağsaqqal Şurasının sədri Minnət Mürsəlov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə baş məsləhətçisi Pərviz Hüseynov və Yevlax şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Ağayeva vurğulayıblar ki, Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
Respublikanın əməkdar mədəniyyət işçisi, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev və Respublikanın əməkdar artisti Gülər Nəbiyeva Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şerlər səsləndirdilər.
Daha sonra M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.
Keçidlər