Yevlaxda Ümumdünya Sağlamlıq Günü münasibətilə müxtəlif tədbirlər keçirilib
08 aprel 2026 | 11:48
Yevlaxda Ümumdünya Sağlamlıq Günü münasibətilə müxtəlif tədbirlər keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin, Yevlax rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Günü münasibətilə Yevlax Olimpiya İdman Kompleksində və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində tədbirlər keçirilib.
Tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkldaşları, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov, Yevlax rayonu üzrə Gənclər və idman sektorunun müdiri Samir Kərimov,Uşaq-Gənclər İdman məktəbinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşları və səhiyyə işçiləri iştirak ediblər.
Vurğulanıb ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan sonra dünya ölkələri, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Bildirilib ki, sağlamlığa gedən yol sağlam həyat tərzi və düzgün qidalanmadan keçir. Yaşadığımız dövrün ən böyük problemlərindən biri sağlamlığın ən vacib ünsürlərinə lazımi diqqət yetirməməkdir. Düzgün qidalanma, idmanın və sağlam həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılmasının vacibliyi xüsusi vurğulanıb. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və bəşəriyyətin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.
Daha sonra Yevlax Olimpiya İdman Kompleksində Yevlax rayonu üzrə Gənclər və idman sektorunun, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Yevlax Uşaq-Gənclər İdman Məktəbinin və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin əməkdaşlarının iştirakı ilə idman hərəkətləri nümayiş etdirilib, minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.






