Yevlaxda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
14 iyul 2026 | 12:59
Yevlaxda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti aparatının və YAP rayon təşkilatının əməkdaşları, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi, Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Leyla Abdullayeva, həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən sənədli film nümayiş olunub.
YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı, Yevlax Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Zamanlı, Mərkəzi Aran Regional Təhsil İdarəsinin baş məsləhətçisi Ümidvar Məmmədov, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Leyla Abdullayeva öz çıxışlarında bildiriblər ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf yolunda dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ölkənin sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində genişmiqyaslı inkişaf prosesinin başlanğıcı olub. ən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Dahi Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. Ümummilli Liderin zəngin dövlətçilik irsindən bəhs edərək qeyd edib ki, onun müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də Azərbaycanın uğurlu gələcəyinin əsas istiqamətlərini təşkil edir. O, Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına göstərdiyi xüsusi diqqəti vurğulayıb.
Çıxışlarda vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idarəçilik kursu onun layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, müstəqil və güclü Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir. Xüsusilə 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində qazanılmış Qələblər və ərazi bütövlüyümüzün tam bərpa olunması Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin, güclü siyasi iradəsinin və xalq–ordu birliyinin parlaq təzahürü kimi dəyərləndirilib.
Çıxış edənlər həmçinin Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-mədəni həyatında, humanitar sahədə, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial və humanitar layihələr, mədəni irsin qorunmasına, təhsil və səhiyyənin inkişafına yönəlmiş proqramlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında kompozisiya nümayiş etdirilib, 8-ci Muğam Televiziya Müsabiqəsinin laureatı Sabir Hüseynovun ifasında mahnılar səsləndirilib.






