Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb

06 may 2026 | 14:45
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Yevlax Şəhər İcra Hakimiyyətinin , YAP Yevlax rayon təşkilatının və Yevlax rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumtəhsil məktəbləri arasında keçirilmiş “Heydər Əliyev:Böyük azərbaycanlı,əbədiyaşar şəxsiyyət” adlı Şahmat turnirinin qaliblərinin mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev ,Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli, təhsil işçiləri, gənclər və məktəblilər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib,müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Ümummili Lider Heydər Əliyevin şah əsəridir. Möhtətəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi, Qarabağımıza azadlıq və sülh gətirdi.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Şahmat turnirinin qaliblərini təbrik edərək, bildirib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və müasir dövlətin yaradılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Ulu Öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı daim gənclərimiz üçün milli kimliyin qorunmasında əsas şüara çevrilib.
Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yevlax Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir dövlətçilik və milli inkişaf strategiyası bu gün Azərbaycanın qüdrətinin təməlini təşkil edir. Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində ölkəmiz xaosdan xilas olaraq sabitlik və davamlı tərəqqi yoluna qədəm qoymuşdur.Bu gün həmin uğurlu siyasi kurs Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq böyük məharətlə davam etdirilir, Azərbaycan uğurla inkişaf edir.
Sonda Şahmat turnirində müxtəlif yaş qrupları üzrə qalib gələn idmançılara fəxri fərmanlar və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Keçidlər